Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi qazisi Ramin Şirinov ilə görüş keçirmişdir
12 iyun 2026 | 14:47
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi qazisi Şirinov Ramin Şahin oğlu ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan RİH başçısı Vuqar Zeynalov Vətən müharibəsi qazisinin qayğıları ilə maraqlanmışdır. Vətən müharibəsi qazisi Ramin Şirinov şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.






