Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Bilal Qənbərovun anası Gültəkin xanım ilə görüş keçirmişdir
05 fevral 2026 | 16:02
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsində qəhrəmancasına şəhid olan Qənbərov Bilal Xanlar oğlunun anası Gültəkin Qənbərova ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan RİH başçısı Vuqar Zeynalov şəhidin ailə üzvünün qayğıları ilə maraqlanmışdır.
Şəhidin valideyni şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.






