Vətən müharibəsi şəhidi Cavidan Ağayevin xatirəsi anıldı
Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olmuş Ağayev Cavidan Mirzağa oğlunun yaşadığı 20-ci sahə yaşayış massivi, Ş.Allahverdiyev küçəsi 34 ünvanında yerləşən xatirə lövhəsi ziyarət olunmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədov, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərildiyini bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini ən əsas vəzifələrdən biri kimi müəyyən edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Şəhidin ailə üzvləri şəhidlərimizin xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə etmiş, aparılan yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.