Vətən müharibəsi şəhidi Fərid Əliyevin ailə üzvləri ziyarət olundu
09 yanvar 2025 | 11:40
Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Əliyev Fərid Pirəli oğlunun ailə üzvlərini ziyarət etmişlər. Ziyarət zamanı Ordumuzun Şanlı qələbəsindən, şəhid Fərid Əliyevin keçdiyi döyüş yolundan danışılmış, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılmışdır.
Şəhidin valideynləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.






