Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi İsmayıl Hüseynovun doğum günü münasibətilə məzarı ziyarət olundu

20 iyun 2022 | 14:47

İyunun 18-də xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canlarından keçən Vətən oğullarımızdan biri Hüseynov İsmayıl Şahvələd oğlunun doğum günü münasibəti ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda Badamdar qəbiristanlığında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov şəhidlərimizin əziz xatirələrinin hər birimiz üçün müqəddəs olduğunu bildirərək qeyd etmişdir ki: “Şəhidlərimizin ailələri, döyüşlərdə iştirak etmiş hərbçilər, qazilər Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı ilə əhatə olunurlar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir”.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.
Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan İsmayıl Hüseynov 2020-ci ilin oktyabrın 8-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif edilmişdir.

Keçidlər