Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Vüsal Həsənovun doğum günü münasibətilə məzarı ziyarət edildi

04 iyul 2022 | 16:14

İyulun 3-də Vətən müharibəsində qəhrəmancasına şəhid olan Həsənov Vüsal Ariz oğlunun doğum günü münasibətilə RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Şabran rayonunun Zeyvə kəndində məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.

Şəhidin anası Mərifət Həsənova şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini qeyd edərək, dövlət tərəfindən bu gün şəhid ailələrinə göstərilən diqqətin və verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu bildirmişdir.

Qeyd edək ki, Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Həsənov Vüsal Ariz oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər