Vətən müharibəsi şəhidləri İlkin Əhədzadə və Bilal Qənbərovun valideynlərinin doğum günləri qeyd olundu
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi şəhidləri mayor Əhədzadə İlkin Qələmşah oğlunun anası Asəmən Əhədovanı və Qənbərov Bilal Xanlar oğlunun atası Xanlar Qənbərovu doğum günü ilə əlaqədar təbrik etmişdir.
Şəhidlərin valideynləri övladları ilə qürur duyduqlarını qeyd edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişlər.
Qeyd edək ki, Vətən müharibəsində Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İlkin Əhədzadə döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət ordeni”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Bilal Qənbərov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.