Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov RİHBA-nın sektor müdiri Qabil Vahidov ilə birgə Vətən müharibəsi şəhidləri Əhədzadə İlkin Qələmşah oğlu, Qurbanov Murad Asif oğlu və Teymurov Vüsal Zakir oğlunun anaları Asəmən Əhədova, Mehriban Əmrahova və Nahidə Teymurova ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhid ailə üzvlərinin qayğıları ilə maraqlanmışdır.
Şəhid anaları ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda şəhid anaları ilə xatirə şəkli çəkdirilmişdir.






