Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin ailələri Qurban bayramı münasibətilə ziyarət olundu

09 iyul 2022 | 15:13

Səbail RİHBA-nın Sosial-iqtisadi inkişаfın təhlili və proqnozlаşdırılmаsı şöbəsinin müdiri Qabil Vahidov və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nicat Quliyev Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini Müqəddəs Qurban Bayramı münasibətilə ziyarət ediblər.

Tədbir zamanı Azərbaycan Respublikasınının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Səbail rayonunda da Vətən müharibəsində şəhid olanların ailə üzvlərinin ziyarət olunduğu, onları narahat edən poblemlərini dinlənildiyi vurğulanmış, bu kateqoriyadan olan vətəndaşlarımız bundan sonra da dövlətimizin qayğısını hiss edəcəkləri bildirilmişdir. Eyni zamanda şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, müharibə veteranlarının və digər həssas əhali qrupunun lazımi qayğı ilə əhatə olunduğu, şəhidlərimizin xatirəsinin daim əziz tutulduğu qeyd olunmuşdur.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.

Ziyarət zamanı şəhidlərin ailə üzvlərinə Qurban bayramı münasibəti ilə sovqatlar təqdim edilmişdir.

Keçidlər