Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olundu

06 may 2025 | 14:50

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavini Eldar Ağayev, Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov, RİHBA-nın məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsi, Dostluq küçəsində yerləşən Badamdar qəbiristanlığında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən şəhidlərinin məzarları ziyarət olunmuşdur.
Ziyarət zamanı ölkəmizin müstəqilliyi və torpaqlarımızın azad olunması naminə qəhrəmancasına həlak olmuş şəhidlərin məzarları önünə gül dəstələri qoyulmuş və ruhlarına dualar oxunmuşdur.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhidlərin xatirə lövhələrinin və məzarlarının ətrafında təmizlik işlərinin daim diqqət mərkəzində saxlanılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər