Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində 27 sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

27 sentyabr 2022 | 12:17

27 sentyabr – Anım Günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov və RİHBA-nın məsul əməkdaşlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Qeyd edirik ki, 27 sentyabr – Anım Günü ilə əlaqədar respublikamızda, eləcə də Səbail rayonunda bir sıra tədbirlər və anım mərasimləri təşkil edəcəkdir.

Keçidlər