Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi veteranları ilə Səbail Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir

18 mart 2023 | 12:34

Novruz bayramı münasibətilə Səbail Rayon İcra Hakimiyyətində Vətən müharibəsi veteranları ilə görüş keçirilmişdir. Görüşdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, RİHBA-nın məsul əməkdaşları və Vətən müharibəsi veteranları iştirak etmişlər.
Tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədə xalqımızın göstərdiyi birlik və həmrəyliyin bütün dünyaya sübut olunduğunu vurğulamış, dövləti tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərildiyini bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini ən əsas vəzifələrdən biri kimi müəyyən edildiyini qeyd etmişdir.
Görüşdə iştirak vətən müharibəsi iştirakçıları çıxış edərək şəhid ailələrinin və müharibə iştirakçılarının rifahı və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlərdən, göstərilən dəstəkdən razılıqlarını ifadə edərək, yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər