Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə Vətən müharibəsində qazanılmış şanlı Zəfərin beşinci ildönümü münasibətilə tədbir keçirilmişdir

14 noyabr 2025 | 16:47

Səbail rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazanılmış şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Vətən müharibəsinin zəfər salnaməsi. Biblioqrafiya” kitabının təqdimat mərasimi və eyniadlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Məmmədova, ictimai xadimlər və ziyalılar iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər Zəfər günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, bildirmişlər ki, bu gün Azərbaycan xalqı tarixi qələbəmizin - böyük Zəfərimizin beşinci ildönümünü qeyd edir. Bu Zəfər elə bir qələbədir ki, xalqımız və gələcək nəsillər onu hər zaman qürurla qeyd edəcəkdir. Əlavə edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik işğala 44 gündə son qoymuş, ərazi bütövlüyümüz tam bərpa olunmuşdur. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrilmişdir. Bu möhtəşəm Qələbə, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirmişdir.
Tədbirin davamında tarixi gün münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “8 noyabr- Zəfər Günü” adlı elektron məlumat bazasının təqdimatı nümayiş olunmuşdur.

Keçidlər