Vətən şəhidlərinin xatirələri anıldı
09 sentyabr 2026 | 11:47
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov RİHBA-nın məsul əməkdaşları və Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov ilə birgə 239 nömrəli tam orta məktəbdə Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış Ələddin Ağakişiyev, Mirsaleh Ağayev, Adil Cəfərov, Vasif Hüseynov, Tofiq Məmmədov, Nürəddin Paşayev, Vüsal Həsənov və Vüsal Teymurovun əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə yaradılmış xatirə lövhələrinin önünə gül dəstələri düzmüş və qəhrəman Vətən övladlarının xatirələrini ehtiramla yad etmişdir.






