Vətəndaş müraciəti ilə əlaqədar məsələyə yerində baxış keçirilib
27 iyun 2024 | 13:52
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda görülən işlər çərçivəsində Səbail RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Məmmədov və Rayon təsərrüfatı şöbəsinin müdiri Fəraməz Rəhmani ərazi icra nümayəndələri ilə birgə vətəndaş Hüseynov Elçin Səftər oğlunun müraciəti ilə əlaqədar 2-ci Bibiheybət döngəsi, ev 19 ünvanında məsələyə yerində baxış keçirmişlər.