Rayon İcra Hakimiyyətinin başçısı vətəndaş müraciəti ilə əlaqədar məsələyə yerində baxış keçirdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda görülən işlər çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri ilə birgə vətəndaş Almazxanım İbrahimovanın müraciəti ilə əlaqədar Bayıl yaşayış massivi, Qurban Abbasov küçəsi 42 ünvanında məsələyə yerində baxış keçirmişdir.
RİH başçısı Vuqar Zeynalov vətəndaş tərəfindən qaldırılan məsələnin qısa zamanda həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Vətəndaş Almazxanım İbrahimova mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.