Vətəndaş Nərgiz Vahabovanın müraciətinə operativ qaydada baxılmışdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, şəffaf fəaliyyətləri sayəsində vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində mütəmadi olaraq RİH başçısı tərəfindən səyyar qəbullar həyata keçirilir, eyni zamanda digər xidmət sahələrinin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil olunur.
İyunun 9-da Səbail RİH başçısının birinci müavini Vüqar Şixəmmədov və RİHBA-nın məsul əməkdaşları vətəndaş Vahabova Nərgiz Cəlal qızının yaşadığı Səbail rayonu, Ş.Şamil küçəsi, 15 saylı binanın qəzalı vəziyyətdə olması ilə bağlı müraciəti əsasında sözügedən ünvana yerindəcə baxış keçirmiş və qaldırılan məsələnin qısa zamanda həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciətlər ünvanlanmışdır.
Vətəndaşların istəyini nəzərə alaraq müraciətlərinə dərhal münasibət bildirilməsini razılıq hissi ilə qarşılayan Nərgiz Vahabova göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.