Səbail rayonunda MKİS rəisləri tərəfindən keçirilən vətəndaş qəbulları
Səbail rayonu ərazisində müxtəlif ünvanlarda Mənzil Kommunal İstismar Sahələrinin rəisləri tərəfindən qəbullar keçirilərək vətəndaşların müraciətləri dinlənilmişdir.
Qəbullar zamanı bir sıra müraciətlər yerindəcə cavablandırılmış, qaldırılan bəzi məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülmüş, həlli araşdırma tələb edən məsələlərlə bağlı müraciətlər qeydə alınaraq aidiyyəti üzrə yönləndirilmişdir.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Məlumat üçün qeyd edirik ki, hər həftə rayon ərazisində yerləşən müxtəlif ünvanlarda ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və MKİS rəisləri tərəfindən qəbullar təşkil olunur.
Şikayət, ərizə və təklifləri olan sakinləri bu görüşlərdə iştirak etməyə dəvət edirik.






