Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbul zamanı vətəndaş tərəfindən qaldırılan məsələyə yerində baxış keçirilmişdir

02 aprel 2024 | 17:14

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, şəffaf fəaliyyətləri sayəsində vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən tədbirlər davam etdirilir.
Görülən tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən cari ilin 27 mart tarixində keçirilən səyyar qəbul zamanı qaldırılan və nəzarətə götürülən məsələlərin həlli ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 saylı SİƏD üzrə nümayəndəsi Mübariz Güləhmədov və Səbail bələdiyyəsinin sədri Hacı Əliyev tərəfindən vətəndaş Elnur Əhmədovun müraciəti ilə əlaqədar 20-ci sahə yaşayış massivi, A.İsmayılov küçəsi, dalan 1, ev 25 ünvanında məsələyə yerində baxış keçirilmişdir.
Sakinlər yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər