Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların müraciətləri ilə əlaqədar məsələyə yerində baxış keçirib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda görülən işlər çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri ilə birgə sakinlərin müraciətləri ilə əlaqədar 20-ci sahə yaşayış massivi, Ö.F.Nemanzadə küçəsində məsələyə yerində baxış keçirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov vətəndaşlar tərəfindən qaldırılan məsələnin qısa zamanda həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Sakinlər mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.