Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olundu

14 mart 2023 | 14:25

Novruz bayramı ərəfəsində xalqımızın adət və ənənələrinə uyğun olaraq Badamdar qəsəbəsində yerləşən Badamdar qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarları Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhid ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət olunmuşdur.

Badamdar qəbiristanlığında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin məzarları ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunaraq xatirələri yad edilmişdir. Daha sonra Badamdar qəbiristanlığında Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış beş şəhidin xatirəsinə ucaldılmış lövhə önünə gül dəstələri qoyulmuş və onların ruhlarına dualar oxunmuşdur.

Keçidlər