Səbail rayonunda Veteranlar və şəhid ailələri İctimai Birliyinin üzvləri ilə görüş keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Veteranlar və şəhid ailələri İctimai Birliyinin Səbail rayonu üzrə şöbəsinin birgə təşkilatçılığı ilə şəhid ailələri qazilər və veteranlar ilə görüş keçirilmişdir.
Görüşdə Səbail RİHBA-nın şöbə müdiri Qabil Vahidov, RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Orxan Aydınov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Veteranlar və şəhid ailələri İctimai Birliyinin Səbail rayonu üzrə şöbəsinin sədri Bəyverdi Novruzov iştirak etmişlər.
Tədbir ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi başlanmışdır.
Tədbir zamanı çıxış edən RİHBA-nın şöbə müdiri Qabil Vahidov Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi bildirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və göstərişləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsi olduğunu qeyd etmişdir.
Görüş zamanı Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışmış, ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulamışdır.
Tədbirdə iştirak edən şəhid İsrail Məmmədovun həyat yoldaşı İpək İsmayılova, həmçinin digər şəhid ailələrinin üzvləri və müharibə əlilləri çıxış edərək onların rifahı, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərdən, göstərilən dəstəkdən razılıqlarını bildirərək, diqqət və qayğı ilə əhatə olunduqlarına görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə etmişlər.