20-ci sahə yaşayış massivi Vüqar Muradov küçəsinə yeni asfalt örtüyünün salınması işləri başa çatmışdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda sakinlərin rahat yaşayışını təmin edilməsi, eyni zamanda vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması məqsədilə aparılan abadlıq və quruculuq işləri uğurla davam etdirilir.
Aparılan işlər çərçivəsində sakinlər tərəfindən edilən müarciətlər əsasında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20-ci sahə yaşayış massivi, Vüqar Muradov küçəsində yeni asfalt örtüyünün çəkilməsi işləri yekunlaşmışdır. Belə ki, uzunluğu 800 metr, eni isə 4 metr təşkil edən sözügedən ünvanda 3360 kv.metr sahə hazır vəziyyətə gətirilərək yeni asfalt örtüyü çəkilmişdir.
Sakinlər rayon ərazisində aparılan abadlıq və quruculuq işləri çərçivəsində vətandaşlar üçün təhlükəsiz, rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.