Şəhid Vüsal Teymurovun ailə üzvləri Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları tərəfindən ziyarət olundu
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş 2023-cü ilin Tədbirlər Planına əsasən rayon ərazisində yaşayan şəhidlərin ailə üzvləri ilə Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları tərəfindən keçirilən görüşlər davam edir.
Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları Yeganə Məmmədova, Gülnar Məmmədova və Vaqif Əsədov Vətən müharibəsi şəhidi Teymurov Vüsal Zakir oğlunun ailə üzvlərini ziyarət etmişlər. Ziyarət zamanı Ordumuzun Şanlı qələbəsindən, şəhid Vüsal Teymurovun keçdiyi döyüş yolundan danışılmış, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılmışdır.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Vətən müharibəsində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Teymurov Vüsal Zakir oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.