Şriftin ölçüsü :

Saytın rəngi :

Vüsal Teymurovun Vətən müharibəsində şəhid olmasının ildönümü ilə bağlı məzarı ziyarət olundu

14 noyabr 2023 | 11:31

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Teymurov Vüsal Zakir oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən üç il keçir. Şəhidimiz döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Teymurov Vüsal Zakir oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur.

Mərasim zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərildiyini bildirərək bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli, ən əsası da hər cür qayğı ilə əhatə olunmaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən olduğunu qeyd etmişdir.

Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər