Səbail rayon sakini, xalq artisti Mənsum İbrahimovla Rayon İcra Hakimiyyətinin başçısı görüş keçirmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail rayon sakini, Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimovla yubileyi münasibəti görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, xalq artisti Elçin Həşimov və əməkdar artist Elnur Əhmədov iştirak etmişlər. Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizdə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli mədəniyyətimizə dövlət səviyyəsində yüksək qayğı göstərilməsi siyasətinin son 23 ildə də davam etdirildiyini qeyd edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən mütəmadi olaraq mədəniyyət və incəsənət xadimləri ilə görüşlərin keçirildiyini, muğam sənətinin qorunması və təbliği məqsədilə görülən tədbirlərin bu sahəyə yüksək səviyyədə dövlət qayğısının göstərildiyini bir daha təsdiqləyir. Sonda Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimova rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman təqdim olunmuşdur.






