Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə rayonunda “Xeyirxahlıq ailədən başlayır” adlı təlim keçirilib

25 noyabr 2025 | 15:28

Səbail rayonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ailə könüllüləri” layihəsi çərçivəsində “Xeyirxahlıq ailədən başlayır” adlı təlim keçirilmişdir. Tədbirdə paytaxtın bütün bölgələrini həmçinin Səbail rayonunu təmsil edən fəal, könüllü ailələr iştirak etmişlər. Təlimdə könüllülük mədəniyyəti, çətin həyat şəraitində olan ailələrə dəstək mexanizmləri, eləcə də ailədaxili münasibətlərdə effektiv ünsiyyət mövzuları ətrafında ətraflı fikir mübadiləsi aparılmışdır.
Təlimin keçirilməsində məqsəd ailələr arasında könüllülük fəaliyyətini təşviq etməklə ailə institutuna sosial və psixoloji dəstək göstərmək, həmçinin ailə dəyərlərinin möhkəmləndirilməsinə dair yeni təşəbbüsləri formalaşdırmaqdır. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Keçidlər