Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi “Xəzər İnşaat Həftəsi 2026” çərçivəsində keçirilən panel müzakirəsində iştirak edib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Xəzər İnşaat Həftəsi 2026” tədbirin işgüzar proqramında “Memarlıq müzakirələri: Şəhər məkanlarına yeni baxış” adlı panel müzakirəsində Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri İnarə məruzəçi qismində iştirak etmişdir.
İnarə Əzimzadə çıxışı zamanı “Bibiheybət qəsəbəsinin yenidən qurulması və abadlaşdırılması” layihəsini təqdim etmiş, ərazinin şəhərsalma baxımından inkişafı, yaşayış mühitinin təkmilləşdirilməsi, küçə və məhəllələrin yenidən qurulması, yaşayış binalarının fasad və dam örtüklərinin yenilənməsi, eləcə də müasir memarlıq həllərinin tətbiqi istiqamətində görülmüş işlər barədə məlumat vermişdir.
Təqdimat zamanı şəhər məkanlarının müasir tələblərə uyğun inkişafı, mövcud memarlıq mühitinin qorunması və sakinlərin yaşayış keyfiyyətinin yüksəldilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir.






