Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

26 fevral 2024 | 18:10

Səbail rayonunda yerləşən 49 nömrəli məktəb-liseydə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın şöbə müdirləri Qabil Vahidov və Leyli Mirzəyeva, şəhidlərin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. İlk öncə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş olunub. Tədbirdə çıxış edənlər Xocalı soyqırımında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri qeyd edərək bildirmişlər ki, Xocalı soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla, 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Bu ağır faciə xalqımızı, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli mübarizəyə səfərbər edib. 44 günlük Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını alıb, şəhidlərimizin qanı yerdə qalmayıb.

Keçidlər