Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar YAP Səbail Rayon Təşkilatında tədbir keçirilmişdir

25 fevral 2025 | 18:42

Yeni Azərbaycan Partiyasının Səbail Rayon təşkilatında Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra 26 Fevral Xocalı soyqarımı faciəsindən bəhs edən videoçarx nümayiş olunmuşdur.

Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Həşimova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin dinc əhaliyə divan tutduğunu, uşaq, qadın və qocalara rəhm etmədiklərini, Xocalıda misli görünməmiş qətliam törətdiklərini bildirərək bu faciənin xalqımızı dərindən yaraladığını, ancaq xalqın milli iradəsini, azadlıq eşqini sarsıda bilmədiyini vurğulamışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunduğunu diqqətə çatdıran RİH başçısının müavini Kəmalə Həşimova Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımızın tam azad olunduğunu, bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının qisasını döyüş meydanında aldığını və şəhidlərimizin qanının yerdə qalmadığını qeyd etmişdir.

Tədbir zamanı çıxış edən Xocalı sakinləri Rəhman İsmayılov və Nazim Hüseynov Ölkə rəhbərliyi tərəfindən hər zaman onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər