Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir

25 fevral 2026 | 16:44

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, RİHBA-nın əməkdaşları iştirak etmişlər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ardınca Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş olunmuşdur.
Tədbir zamanı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin dinc əhaliyə divan tutduğu, uşaq, qadın və qocalara rəhm etmədikləri, Xocalıda misli görünməmiş qətliam törətdikləri bildirilərək bu faciənin xalqımızı dərindən yaraladığı, ancaq xalqın milli iradəsini, azadlıq eşqini sarsıda bilmədiyi vurğulanmışdır. Vətən müharibəsində Azərbaycan Ordusunun 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdığı diqqətə çatdırılmış, 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının qisasının döyüş meydanında alındığı və şəhidlərimizin qanının yerdə qalmadığı qeyd edilmişdir.

Keçidlər