Səbail rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
25 fevral 2026 | 13:11
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Salyan şossesi ünvanında (Bakı Baş Gömrük İdarəsinin qarşısı) ağacəkmə aksiyası keçirilmişdir. Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Səbail rayon təşkilatının sədri, bələdiyyə sədrləri, RİHBA-nın məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq 300-dən çox şam və zeytun ağacları, oleyandr və dekorativ kollar əkilmişdir. Əkilən ağaclar suvarılmış, onlara aqrotexniki qulluq göstərilmişdir.






