Xocalı soyqrımının 32-ci ildönümünə həsr olunmuş “Xocalı - tarixin izi ilə” adlı sərgi və rəsm müsabiqəsi keçirilmişdir
Bakı Şəhər Gənclər və İdman İdarəsi Səbail rayon gənclər və idman sektorunun təşkilatçılığı və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 6 nömrəli məktəb-liseydə 26 fevral Xocalı soyqrımının 32-ci ildönümünə həsr olunmuş “Xocalı - tarixin izi ilə” adlı sərgi və rəsm müsabiqəsi keçirilmişdir.Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun müdiri Zamin Əhmədov və 6 saylı orta məktəbin direktoru Gülşən Orucova iştirak etmişlər.
Tədbir faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
30 nəfər şagirdin iştirak etdiyi rəsm müsabiqəsində qaliblər və bir qrup fərqlənən iştirakçılar münsiflər heyətinin qiymətləndirməsinə əsasən müəyyən edilmişdir. Tədbirin sonunda Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən müsabiqə qaliblərinə və fərqlənmiş iştirakçılara müvafiq diplomlar, hədiyyələr və sertifikatlar təqdim olunmuşdur.