Səbail Rayon İcra Hakimiyyətində yağıntılı hava şəraiti ilə əlaqədar müşavirə keçirilmişdir
Martın 28-də Rayon İcra Hakimiyyətində RİH başçısı Vuqar Zeynalovun sədrliyi ilə yağıntılı hava şəraiti ilə əlaqədar müşavirə keçirilmişdir. Tədbirdə RİHBA-nın şöbə müdirlərinin müavinləri və məsul əməkdaşları iştirak etmişlər.
Müşavirə zamanı RİH başçısı Vuqar Zeynalov rayon ərazisində yağıntılı hava şəraiti ilə əlaqədar təhlükəsizlik qaydalarına riayət edilməsi, baş verə biləcək qəzaların vaxtında aradan qaldırılması məqsədi ilə mütəxəssislərdən ibarət fasiləsiz olaraq fəaliyyət göstərən qəza briqadalarının yaradılması, kanalizasiya şəbəkələrinin, baxış quyularının və yağış barmaqlıqlarının işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi və görülən işlərin nəticəsi barədə mütəmadi olaraq Rayon İcra Hakimiyyətinə məlumat verilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Sonda müvafiq ərazilər üzrə 24 saat növbətçiliklərin təşkil olunması və ərazilərin ciddi nəzarətdə saxlanması müşavirə iştirakçılarının diqqətinə çatdırılmışdır.






