Səbail rayonunun küçə və prospektlərində yağış sularının kənarlaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir
28 mart 2026 | 18:05
Səbail Rayon İcra Hakimiyyətinin, Səbail Rayon Sukanal İdarəsinin və Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin birgə təşkilatçılığı ilə yağan güclü yağış nəticəsində Səbail rayonunun bəzi küçə və prospektlərinin hərəkət hissəsində yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış barmaqlıqları və yağış-kanalizasiya quyularının içərisi təmizlənərək yağış-kanalizasiya sistemlərinin ötürücülüyü bərpa olunur.






