Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

17 noyabr 2022 | 12:59

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, RİH başçısının müavinləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixi barədə videoçarx nümayiş olunmuşdur.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov YAP-ın 30 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edərək Azərbaycanın bugünkü uğurlarının fonunda dünənimizə nəzər salıb, cəmiyyətin aparıcı qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən amillərdən danışmışdır.

Toplantıda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 30 illik fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçdiyini və ulu öndərin dediyi kimi, Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olduğunu bildirmişdir.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərdən danışaraq Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm gün kimi daxil olan 1992-ci il 21 noyabr tarixi ölkəmizin ictimai-siyasi həyatında yeni başlanğıc nöqtəsi sayıldığını, 30 illik zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə etdiyini bildirmişdir.

Tədbir zamanı mədəniyyət xadimləri və Səbail rayonunun musiqi məktəblərinin şagirdlərinin ifaları səsləndirilmiş, sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına Fəxri fərman, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilmişdir.

Keçidlər