Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibətilə ümummilli lider Heydər Əliyevin büstü ziyarət olunub
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibətilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları və YAP üzvləri tərəfindən xalqın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilərək, ulu öndərin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
Daha sonra tədbir iştirakçıları tərəfindən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən 91 Səbail rayon şəhidinin əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə inşa olunmuş“Şəhidlər” abidə kompleksi ziyarət edilmişdir.