YAP Səbail rayon təşkilatında gənc partiya fəalları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında 7 fevral növbədənkənar Prezident seçkilərində fəal iştirak edən partiyanın gənc fəalları ilə görüş keçirilib. Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, RİHBA-nın şöbə müdiri, “Üzeyir Hacıbəyov küçəsi 30” ərazi partiya təşkilatının sədri Qabil Vahidov, “91-lər” həraktının üzvü Hacan Hacısoy, partiyanın veteran üzvü Əhliman Qarayev, “İstiqlaliyyət küçəsi 6” ərazi partiya təşkilatının sədri Şaiq Əsgərov, “Lermantov küçəsi 74” ərazi partiya təşkilatının sədri Elçin Əhmədov və təşkilatın gənc fəalları iştirak edib. Çıxış edənlər 7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Prezident seçkilərinin Zəfər seçkisi olduğunu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa verdiyi sözə tam əməl etdiyini, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa olunduğunu, üçrəngli bayrağımızın Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandığını qeyd edərək bildirmişlər: “2023-cü ilin sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır”. Tədbirin sonunda bir qrup fəal gənc Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunmuşlar.