Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Səbail rayon təşkilatı tərəfindən şəhid ailələri üçün “8 mart - Beynəlxalq Qadınlar günü” münasibətilə bayram tədbiri keçirilmişdir

08 mart 2024 | 13:20

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri üçün “8 mart — Beynəlxalq Qadınlar günü” münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin Başçısının müavini Kəmalə Həşimova,  Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev,  YAP Səbail rayon təşkilatı aparatının əməkdaşları və şəhid ailələrinin üzvləri iştirak ediblər. Tədbir zamanı Azərbaycan qadınının bütün dünyaya nümunə, eləcə də onların vətənpərvərliyin təbliğatçısı kimi rolu olduğu, məğrur, qəhrəman analarımızın yetişdirdiyi igid oğullar sayəsində 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad edildiyi vurğulanmış və bu cür qəhrəman övladları böyüdən analara minnətdarlıq ifadə olunmuşdur. Tədbirdə iştirak edən şəhid anaları Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini qeyd edərək ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər