Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Səbail rayon təşkilatının yaranmasının 31 illiyi münasibətilə tədbir keçirilib

22 fevral 2024 | 13:58

Fevralın 21-də YAP Səbail rayon təşkilatının yaranmasının 31 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, millət vəkili Sadiq Qurbanov, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova və YAP üzvləri iştirak etmişlər.

 Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərində xalqımızın etimadını növbəti dəfə qazanan cənab İlham Əliyevin 92,12% səs toplayaraq yenidən ölkə başçısı seçilməsi və inamlı qələbəsi münasibətilə partiya üzvlərini təbrik etmişdir. Təşkilatın 31 illik fəaliyyətindən danışan təşkilat sədri Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında xidmətlərini diqqətə çatdıran Muxtar Nağıyev Heydər Əliyev ali siyasi iradəsi ilə xilaskarlıq missiyasının yerinə yetirildiyini və Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyaları ilə silahlanmış müstəqil Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında daha xoşbəxt sabahlara doğru uğurla addımlamaqda olduğunu vurğulamışdır.

Tədbir zamanı şıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova Ümummilli Liderin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf etməkdə olduğunu qeyd etmişdir.

Daha sonra çıxış edənlər Milli Məclisin deputatı Sadiq Qurbanov, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova, “91-lər” hərakatının üzvləri Novruz Quliyev və Hacan Hacıyev, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova 1993-cü ilin iyununda ölkədəki ictimai-siyasi vəziyyət daha ağırlaşdığı bir dövrdə xalq tərəfindən Heydər Əliyevin hakimiyyətə qayıtmasının tələb edildiyini, Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq atəşkəs rejimi yaradıldığını, ictimai-siyasi sabitlik yaradıldıqdan sonra iqtisadi inkişafın əsasının qoyulduğunu bildirmişlər.

Sonda 7 fevral prezident seçkilərində fəal iştirak edən partiya üzvlərinə təşəkkürnamə və Yeni Azərbaycan Partıyasının sıralarına daxil olan yeni üzvlərin vəsiqələri təqdim edilib.

Keçidlər