Səbaildə “İnklüzivlik və yaradıcı gənclərin əl işlərinə dəstək” adlı festival keçirilib
Səbail rayonu, Sahil Bağı ərazisində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Səbail Rayon Icra Hakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İnklüzivlik və yaradıcı gənclərin əl işlərinə dəstək” adlı festival keçirilmişdir. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Bəylərova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun müdiri Zamin Əhmədov və sektorun məsul əməkdaşları iştirak etmişlər.
Festivalda müxtəlif yaş qruplarından gənclər və əlilliyi olan şəxslər öz əl işlərini – bəzək əşyaları, dekorativ sənət nümunələri, rəsmlər və əl istehsalı suvenirlərini təqdim etmişlər. Tədbir gənclərin və əlilliyi olan şəxslərin yaradıcılıq potensialının dəstəklənməsi, onların ictimai həyata fəal inteqrasiyası və inklüziv dəyərlərin təşviqi məqsədilə təşkil olunmuşdur.






