Rayon İcra Hakimiyyətinin başçısı yaralı əsgər Murad Orucovun ailə üzvlərini ziyarət etdi
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi Faiq İsmayılov və RİHBA-nın məsul əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən 2022-ci ilin sentyabrın 12 və 13-də Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı yaralanmış əsgər Orucov Murad Şamil oğlunun ailə üzvlərini ziyarət etmişlər.
Ziyarət zamanı RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə şəhidlik zirvəsinə yüksələn hərbçilərimizin ailələrinə böyük diqqət və qayğı göstərildiyini, yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün köməklik göstərildiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, bu gün bizim bütün yaralı əsgər və zabitlər tezliklə ayağa qalxmaq və Vətən uğrunda ədalətli mübarizəni davam etdirmək üçün yenidən döyüş əməliyyatları zonasına yola düşmək istəyirlər. Bütün bunlar Azərbaycan xalqının ruh yüksəkliyi və vətənpərvərliyinin ifadəsidir.
RİH başçısı Vuqar Zeynalov hərbi qulluqçumuzun ailə üzvlərinin qayğıları ilə maraqlanmış, onları narahat edən məsələlərin qısa müddət ərzində həll edilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.
Yaralı əsgər Murad Orucovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.