Səbaildə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təsdiq olunmuş tədbirlər planının icrası ilə əlaqədar növbəti müşavirə keçirilib
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədovun sədrliyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Rayon İcra Hakimiyyətinin Tədbirlər planının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Tədbirdə RİHBA-nın və SİƏD-lər üzrə nümayəndəliklərin məsul əməkdaşları, bələdiyyə sədrləri və rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Müşavirə zamanı “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə uyğun olaraq rayon ərazisində ətraf mühitin sağlamlaşdırılması, rayon ərazisində aparılan abadlıq, təmir-bərpa işlərinə nəzarətin gücləndirilməsi, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində layihələrin icra olunması barədə müzakirələr aparılmışdır.