Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tədbirlər planının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

18 mart 2024 | 11:54

Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalovun sədrliyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Rayon İcra Hakimiyyətinin Tədbirlər planının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın və SİƏD-lər üzrə nümayəndəliklərin məsul əməkdaşları, bələdiyyə sədrləri və rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Müşavirə zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan tərəfindən son illərdə istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsinin, ekoloji məsələlərə diqqət göstərilməsinin, eyni zamanda, iqlim dəyişiklikləri ilə bağlı aparılan işlərin çox yüksək qiymətləndirildiyini vurğulayaraq COP29 tədbirinin Azərbaycanda keçirilmə qərarının dünya ictimaiyyətinin ölkəmizin bu sahədə gördüyü işlərə verdiyi yüksək qiymət kimi dəyərləndirilməli olduğunu bildirmişdir.
Müşavirə zamanı “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə uyğun olaraq rayon ərazisində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində layihələrin icra olunması barədə müzakirələr aparılmışdır.
Bununla yanaşı, cari ildə infrastruktur layihələrinin icra olunması, nəzərdə tutulan yeni abadlıq-quruculuq layihələri, mərkəz ərazilərin sanitar vəziyyətinin yüksək səviyyədə saxlanılması və qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər