Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı yeni asfalt örtüyü çəkilmiş küçələrə baxış keçirmişdir

09 oktyabr 2025 | 15:10

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda sakinlərin rahat yaşayışının təmin edilməsi, eyni zamanda vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən 20-ci sahə yaşayış massivi ərazisində yeni asfalt örtüyü çəkilmiş ünvanlara baxış keçirilmişdir.

RİHBA-nın şöbə müdirləri və məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və sakinlərin iştirak etdiyi birgə baxış zamanı RİH başçısı Vuqar Zeynalov tərəfindən vətəndaşların müraciətləri əsasında qaldırılan məsələlər həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.

Sakinlər rayon ərazisində aparılan abadlıq və quruculuq işləri çərçivəsində vətandaşlar üçün təhlükəsiz, rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, son 7 il ərzində Səbail rayonunun müxtəlif ünvalarında 70 km-dən artıq yolların asfaltlanma işləri aparılmışdır. Cari il ərzində təmirə ehtiyacı olan yollarda əsaslı təmir işlərinin davam etdirilməsi və yolların asfalt örtüyü ilə təmin edilməsi işləri mərhələli şəkildə həyata keçirilir.

Keçidlər