Səbail rayonunda yerin təkinin xammal bazasından səmərəli istifadə ilə əlaqədar monitorinqlar həyata keçirilir
“Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1941 saylı, 16 mart 2020-ci il tarixli sərəncamına əsasən Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.6.4 –cü bəndinə əsasən bildiririk ki, Səbail rayonu ərazisində “Şahinbağ” əhəngdaşı yatağı mövcud olsa da, Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə gördüyü tədbirlər nəticəsində yatağın istismarı hal-hazırda dayandırılmışdır. Bundan başqa, digər faydalı qazıntıların (neft) yerləşdiyi ərazi Azərbaycan Dövlət Neft Şirkətinin balansındadır. Bir müddət əvvəl Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində köhnə daş karxanalarının ərazisində heç bir icazə sənədi olmadan qanunsuz karxana fəaliyyətinin aparılması faktı aşkar olunmuş, tərəfimizdən görülmüş tədbirlər nəticəsində sözügedən daş karxanasının fəaliyyəti dayandırılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar tərəfimizdən mütəmadi tədbirlər görülərək, qanunsuz fəaliyyətlərin qarşısı alınır və ünvanlar nəzarətdə saxlanılır.