Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaş müraciəti ilə əlaqədar məsələyə yerində baxış keçirilmişdir
27 yanvar 2026 | 15:14
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda görülən işlər çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHBA-nın məsul işçiləri, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev ilə birgə vətəndaş müraciəti ilə əlaqədar məsələyə yerində baxış keçirmişdir.






