Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələr, nümayəndəliklər və MİS rəhbərləri tərəfindən yerlərdə növbəti vətəndaş qəbulları keçirilmişdir

27 avqust 2022 | 12:07

Vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması məqsədilə bələdiyyələr, nümayəndəliklər və MKİS rəhbərləri tərəfindən rayon ərazisində müxtəlif ünvanlarda qəbullar keçirilərək vətəndaşların müraciətləri dinlənilmişdir. Görüşlərdə eyni zamanda RİHBA-nın məsul işçiləri və rayonun idarə, müəssisə və xidmət sahələrinin əməkdaşları iştirak etmişlər.

Görüş zamanı vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunmuş, vətəndaşlar tərəfindən qaldırılan müəyyən məsələlərin həlli ilə bağlı bəzi tədbirlər görülmüş, araşdırılmasına ehtiyac olan  məsələlərlə bağlı müraciətlər nəzarətə götürülməklə aidiyyəti üzrə yönləndirilmişdir.

Rayon sakinləri vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından, qaldırılan məsələlərin operativ həll olunmasından razılıqlarını ifadə edərək, göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirmişlər.

Məlumat üçün qeyd edirik ki, hər həftə rayon ərazisində yerləşən müxtəlif ünvanlarda bələdiyyələr, nümayəndəliklər və MKİS rəhbərləri tərəfindən qəbullar təşkil olunur. Şikayət, ərizə və təklifləri olan sakinləri bu görüşlərdə iştirak etməyə dəvət edirik.

Keçidlər