Buraxılış imtahanında yüksək nəticə əldə etmiş Ülkər Mirzəli ilə görüş keçirilmişdir
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında yüksək nəticə əldə edərək 300 bal toplayan 329 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Mirzəli Ülkər Səməd qızı ilə Səbail Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirləri, 329 nömrəli tam orta məktəbin direktoru Elnur Mirzəyev, RİHBA-nın və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları iştirak etmişlər.
Tədbir zamanı ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söhbət açılaraq qeyd olunmuşdur ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilin inkişafına yönəlmiş böyük diqqət və qayğı sayəsində respublikamızın hər bir bölgəsində olduğu kimi Səbail rayonunda da təhsilin səviyyəsi günü-gündən artmaqdadır.
Sonda yüksək bal toplamış Mirzəli Ülkər Səməd qızına hədiyyə təqdim edilmiş, onunla xatirə şəkli çəkdirilmişdir.