Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirildi

03 oktyabr 2024 | 12:36

Səbail Rayon İcra Hakimiyyətində 2024/2025-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan məzunlarla görüş keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları, ümumtəhsil məktəblərinin şagirdləri və valideynlər iştirak etmişlər.

Tədbirdə çıxış edən RİH başçısının müavini Kəmalə Həşimova uğur qazanmış gəncləri və valideynləri təbrik edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilin inkişafına yönəlmiş böyük diqqət və qayğı sayəsində respublikamızın hər bir bölgəsində olduğu kimi Səbail rayonunda da təhsilin səviyyəsinin günü-gündən artmaqda olduğunu, rayon ərazisində orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyətinin əsaslı təmir olunduğunu, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirildiyini, təhsil işçilərinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını qeyd etmişdir.

Tədbir zamanı çıxış edən məzunlar təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Sonda yüksək bal toplamış məzunlar Səbail Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmiş, onlarla xatirə şəkli çəkdirilmişdir.

Keçidlər